
Donald Tramp müdafiə naziri Pit Heqseti işdən çıxaracağı ilə bağlı iddialara cavab verib
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti işdən çıxarmaq planının olmadığını açıqlayıb.
Dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən nazirin fəaliyyətindən razı qaldığını vurğulayıb.
O, Heqsetin öz vəzifəsinin öhdəsindən uğurla gəldiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl bəzi KİV-də Trampın köməkçiləri ilə birlikdə müdafiə nazirinin istefaya göndərilməsini müzakirə etdiyinə dair iddialar yayılmışdı.




