
Donald Tramp və Vladimir Putin noyabrda bir araya gələ bilər
ABŞ Dövlət katibi Marko Rubio Rusiya XİN başçısı Sergey Lavrovla Tramp-Putin görüşünün təşkilini müzakirə etdiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbət zamanı Donald Tramp və Vladimir Putin arasında mümkün sammiti müzakirə edib.
Onun sözlərinə görə, dövlət başçılarının təkbətək ünsiyyəti noyabrın 18-19-da Çində baş tutması nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq tədbiri çərçivəsində reallaşa bilər.
Rubio əlavə edib ki, yaxınlaşan APEC sammitində liderlərin dialoq qurması ehtimalını qısaca da olsa nəzərdən keçiriblər.
Bununla belə, Rusiya liderinin Mayami şəhərində baş tutacaq G20 sammitinə qatılıb-qatılmayacağı hələlik dəqiqləşməyib.
Xatırladaq ki, daha əvvəl Kreml rəsmisi Yuri Uşakov da iki ölkə liderinin görüşünün Çindəki sammitin gündəliyinə daxil edildiyini təsdiqləmişdi.




