
Dubayda milyonluq lüks avtomobillər səhrada çürüməyə tərk edilib
Bir vaxtlar dəbdəbə simvolu olan milyon dollarlıq lüks avtomobillər Dubayda açıq sahələrdə sahibsiz qalaraq toz və qum içində çürüyür.
Keçmişdə sərvət və dəbdəbə rəmzi sayılan milyon dollarlıq nadir avtomobil modelləri hazırda toz və qum altında sahibsiz şəkildə qalıb.
AzadAzərbaycan xəbər verir ki, Ferrari, Lamborghini, Porsche, Bentley, eləcə də Maserati kimi qlobal şöhrət qazanan brendlərin maşınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki açıq meydançalarda və qarajlarda diqqət çəkir.
Nəqliyyat vasitələrinin sahiblərinin maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi və ya müxtəlif hüquqi prosedurlarla üzləşməsi bu bahalı maşınların uzun müddət batıq vəziyyətdə qalmasına yol açır.
Vaxtilə böyük məbləğlər xərclənərək əldə olunan həmin superkarlar nəzarətsizlik üzündən tədricən yararsız hala düşür.




