
Ələt və Səngəçalda yollarda hərəkət qismən məhdudlaşdırılacaq
Redaksiya1 dəq oxu
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq ediləcək.
AzadAzərbaycan xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən iki fərqli adresdə yol təmir-bərpa işlərinə start veriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, planlaşdırılan təmir işləri səbəbindən sözügedən ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərə həmin ərazilərdən keçərkən diqqətli olmaq, müvəqqəti qoyulmuş yol nişanlarının tələblərinə riayət etmək və aparılan işlərə anlayışla yanaşmaq tövsiyə olunur.




