
Evli kişilərin tualetdə uzun müddət qalmasının səbəbi açıqlanıb
Elmi araşdırmalar evli kişilərin tualetdə uzun müddət qalma səbəbini üzə çıxarıb. Məlum olub ki, bu, bioloji ehtiyacdan deyil, psixoloji qaçışdır.
Ailə həyatında tez-tez müzakirələrə və qadınların təəccübünə səbəb olan kişilərin tualetdə uzun müddət qalmaq vərdişi elm adamları tərəfindən tədqiq edilib. Aparılan genişmiqyaslı araşdırmalar nəticəsində məlum olub ki, bu uzun dəqiqələr əslində bioloji zərurətdən irəli gəlmir.
Mütəxəssislərin apardığı psixoloji sorğular və davranış təhlilləri göstərir ki, kişilər bu məkanı xarici aləmdən təcrid olunmaq üçün bir növ sığınacaq kimi qiymətləndirirlər.
Günün gərgin iş rejimi, ev məsuliyyətləri, övladların qayğıları və fasiləsiz ünsiyyət təzyiqi altında qalan şəxslər tualeti evdəki yeganə rahat və sakit zona hesab edirlər.
Qapının arxasında keçən zaman modern dövrdə yaşayan insanın heç kəsin müdaxiləsi olmadan zehni enerji topladığı və dincəldiyi nadir anlardan biridir.
Sorğu iştirakçıları həmin vaxtın əsasən sosial şəbəkələrdə gəzmək, video izləmək və ya müxtəlif xəbərləri oxumaqla keçdiyini etiraf ediblər.




