
Fransada maaş artımı tələbi ilə kütləvi aksiya keçirilib
Fransanın müxtəlif şəhərlərində əməkhaqqının artırılmasını tələb edən 250 mindən çox insan nümayişlərə qatılıb.
Fransanın bir çox şəhərində əməkhaqqının artırılması tələbi ilə kütləvi etiraz aksiyaları təşkil olunub. Həmkarlar ittifaqlarının yaydığı məlumata əsasən, bu aksiyalara 250 mindən çox nümayişçi qoşulub.
Aksiya iştirakçıları maaşların qaldırılmasını tələb edərək ölkə rəhbərliyindən bu istiqamətdə təxirəsalınmaz və əməli tədbirlər görməyi tələb ediblər.
Parisdə təşkil edilən yürüşdən öncə çıxış edən Fransanın Ümumi Əmək Konfederasiyasının Baş katibi Sofi Bine rəsmi dairələrə xəbərdarlıq edib. O bildirib ki, etirazçıları heç bir maneə dayandıra bilməz və səfərbərlik yalnız qoyulan tələblər yerinə yetirildikdə başa çatacaq. Baş katib həmçinin vurğulayıb ki, hökumət qərar verməkdə ləngidikcə bunun nəticəsi daha ağır olacaq.




