
Gültac Əlili parkinq xərclərindən danışdı: Ayda 1200 manat ödəyirik
Redaksiya1 dəq oxu
Aktrisa Gültac Əlili həyat yoldaşı ilə birlikdə avtomobil parklanması üçün ayda təxminən 1200 manat xərclədiklərini açıqlayıb.
Aktrisa Gültac Əlili nəqliyyat vasitələrinin saxlanılması üçün xərclədikləri məbləğdən şikayətlənib. O, televiziya proqramlarının birində gündəlik parkinq ödənişinin 20 manata çatdığını diqqətə çatdırıb.
Sənətçinin sözlərinə görə, aktyor həyat yoldaşı Hüseyn Əlili ilə birlikdə bu xidmətə hər ay təxminən 1200 manat xərc çəkirlər. O, bu məbləğin istəkdən deyil, məcburiyyətdən ödənildiyini qeyd edib.
Aktrisa əlavə biznesinin olmadığını, bu xərcləri yalnız qazandığı zəhmət haqqı hesabına qarşıladığını xüsusi vurğulayıb.




