
İndoneziya Rusiyadan vətəndaşlarının hərbi əməliyyatlara cəlb olunmasını dayandırmağı tələb edib
İndoneziya vətəndaşının Ukraynadakı döyüşlərdə həlak olmasından sonra Cakarta Moskvaya rəsmi tələb göndərib.
İndoneziya hakimiyyəti Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün öz vətəndaşlarının işə götürülməsini dərhal dayandırmağı tələb edib. AzadAzərbaycan xəbər verir ki, buna səbəb Rusiya ordusuna cəlb olunaraq cəbhəyə göndərilən İndoneziya vətəndaşının həlak olmasıdır.
İndoneziya Xarici İşlər Nazirliyinin rəsmisi İvonn Mevenqkanq bildirib ki, müvafiq tələb artıq diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə çatdırılıb. Cakarta hökuməti ölkə vətəndaşlarının hərbi birləşmələrə qəbul edilməməsi üçün qəti tədbirlərin görülməsini istəyir.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, həlak olan şəxs əvvəllər Cakartada taksi sürücüsü işləyib və birillik müqavilə imzalasa da, cəbhəyə göndərildikdən qısa müddət sonra ölüb. Araşdırmalar göstərir ki, İndoneziya vətəndaşları adətən mülki iş və yüksək maaş vədləri ilə aldadılaraq cəlb olunurlar.
Qeydək edək ki, bənzər tədbirlərə daha əvvəl Hindistan, Şri-Lanka, Kolumbiya və Cənubi Afrika da nail olmuşdu.




