
İrakli Kobaxidze Avropa İttifaqını açıq və ictimai müzakirələrə dəvət edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqını gizli deyil, açıq müzakirələr aparmağa çağırıb.
AzadAzərbaycan xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə təşkil edilən "Avropanın gələcəyi" sammitində çıxış edərək Avropa İttifaqını bağlı qapılar arxasında deyil, açıq müzakirələrə çağırıb.
O qeyd edib ki, həm Gürcüstan, həm də Avropa ictimaiyyəti aparılan müzakirələrin detallarından xəbərdar olmalıdır.
Baş nazirin sözlərinə görə, əsas təklifləri demokratiya, qanunun aliliyi, iqtisadi tendensiyalar və şəffaflıqla bağlı hər bir məsələ üzrə ictimai debatlar təşkil etməkdir. O, haqlılarına əmin olduqlarını və açıq debatlara hazırlaşdıqlarını vurğulayıb.
Kobaxidze əlavə edib ki, Avropa bürokratiyası ilə yaşanan çətinliklərə baxmayaraq, Gürcüstan Assosiasiya Sazişi çərçivəsində öhdəliklərinin böyük hissəsini yerinə yetirib və iqtisadi artım templərinə görə Avropada liderdir.




