
İranın potensial cavab zərbəsi endirəcəyi hədəf ölkələrin siyahısı açıqlanıb
Redaksiya1 dəq oxu
ABŞ və ya İsrailin mümkün hücumuna cavab olaraq İranın hədəfə alacağı ölkələrin siyahısı məlum olub.
AzadAzərbaycan xəbər verir ki, ABŞ və ya İsrail tərəfindən hər hansı yeni hücum baş verəcəyi təqdirdə İranın zərbə endirməyi planlaşdırdığı dövlətlərin siyahısı dərc edilib.
Məlumata əsasən, həmin potensial hədəflər sırasına İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniya daxildir.
Həmçinin qeyd edilib ki, bu ölkələrdəki müxtəlif infrastruktur obyektləri, o cümlədən dəniz və hava limanları, elektrik stansiyaları, sualtı kabellər, eləcə də otellər və ticarət mərkəzləri hədəf kimi nəzərdən keçirilir.




