
İşğaldan azad edilən Cəbrayıl rayonuna qayıdan sakin yeni həyat qurub
Böyük Qayıdış proqramı sayəsində doğma yurduna dönən Cəbrayıl sakini İlham Həmidov artıq özünüməşğulluq proqramı vasitəsilə fəaliyyətə başlayıb.
Uzun illər doğma ocağından ayrı düşən vətəndaşlarımızdan biri də Cəbrayıl sakini İlham Həmidovdur.
Azərbaycan torpaqları düşmən tapdağından azad edildikdən sonra Böyük Qayıdış proqramı çərçivəsində öz yurduna geri dönən İlham Həmidovun artıq Cəbrayılda həm şəxsi evi, həm də daimi məşğuliyyəti mövcuddur.
Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı sayəsində qəssab dükanı zərfi üzrə lazım olan aktivlərlə təmin edilən həmyerlimiz hazırda bu sahə üzrə yerli sakinlərə xidmət göstərir.
Keçirdiyi çətin günləri geridə qoyduğunu bildirən sakin həyatını yenidən qurmağa nail olduğunu qeyd edib.




