
Kürdəmirdə tanınmış iş adamı toy məclisində qəfil dünyasını dəyişib
Redaksiya1 dəq oxu
Kürdəmir rayonunda toy məclisində iştirak edən yerli sahibkar Vüqar Nağıyev qəfil vəfat edib.
Kürdəmir rayonunda qəfil ölüm hadisəsi qeydə alınıb. Rayon sakini və tanınmış sahibkar Vüqar Nağıyev şadlıq saraylarından birində keçirilən toy məclisi zamanı qəfil halı pisləşərək dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, onun ölümünə səbəb ürək çatışmazlığı olub. Qeyd edək ki, mərhumun əmisi Hikmət Nağıyev də ötən ilin noyabr ayında məhz ürək tutmasından vəfat etmişdi.
Həmçinin məlum olub ki, dünyasını dəyişən iş adamı Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun dayısı oğludur.




