
Maliyyə sıxıntılarına səbəb olan dörd təhlükəli yanaşma
Mütəxəssislər gündəlik həyatda işlədilən bəzi ifadələrin insanın maliyyə vəziyyətinə mənfi təsir etdiyini və kasıblıq dövrəsi yaratdığını bildirirlər.
Maliyyə çətinlikləri təkcə gəlir azlığı və ya inflyasiya ilə izah olunmur. Şüuraltında formalaşan düşüncə tərzi və gündəlik danışıqda istifadə edilən bəzi ifadələr beynin maliyyə qərarları qəbul etmə mexanizmini zəiflədərək insanı uzunmüddətli sıxıntılarla üz-üzə qoyur.
Tədqiqatlar və davranış mütəxəssislərinin apardığı müşahidələr göstərir ki, maddi sıxıntı yaşayan şəxslər tez-tez dörd əsas cümləni işlədirlər. Bunlardan biri "bunu həyatım boyu ala bilmərəm" ifadəsidir ki, bu da beyni çıxış yolu axtarmaq əvəzinə çarəsizliyə yönəldir.
Digər təhlükəli yanaşma isə "dünyaya bir dəfə gəlirik, xərclə getsin" düşüncəsidir. Bu cür yanaşma anlıq həzzlər xatirinə gələcək maliyyə təhlükəsizliyini təhlükə altına atır. Həmçinin "çox pul haramla qazanılır" fikri var-dövləti mənəvi qüsur kimi kodlayır.
Maliyyə terapevtlərinin fikrincə, bu cür mənfi vərdişlərdən xilas olmaq tamamilə mümkündür. Mənfi ifadələri daha konstruktiv suallarla əvəz etmək və düşüncə tərzini dəyişmək maddi rifaha gedən yolda ilk mühüm addım hesab olunur.




