
Məşhur türkiyəli reper Killa Hakan xəstəxanaya yerləşdirilib
Redaksiya1 dəq oxu
Türkiyənin tanınmış reperlərindən olan Killa Hakan səhhətində yaranan problemlərə görə stasionar müalicəyə cəlb olunub.
AzadAzərbaycan xəbər verir ki, Türkiyə musiqi aləminin tanınan simalarından olan 53 yaşlı reper Killa Hakan xəstəxanaya qaldırılıb.
Həkimlərin nəzarəti altında müalicəsi davam etdirilən sənətçinin hansı səbəbdən səhhətinin pisləşdiyi barədə hələlik rəsmi məlumat verilmir.
Qeyd edək ki, məşhur ifaçı bundan əvvəl də dəfələrlə ciddi səhhət problemləri ilə üzləşib və müalicə kursları keçib.




