
Möhsün Rzayi: İran xalqı ABŞ liderinə ağır məğlubiyyət yaşadıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkəsinin ABŞ prezidenti Donald Tramp üzərində qələbə qazandığını iddia edib.
AzadAzərbaycan xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sosial şəbəkə hesabında maraqlı açıqlamalarla çıxış edib. O, İran xalqının ABŞ prezidenti Donald Trampa böyük məğlubiyyət yaşatdığını bildirib.
Rzayinin sözlərinə görə, İran xalqı həm döyüş meydanında, həm də strateji əhəmiyyətli Hörmüz boğazında mühüm uğurlar əldə edib. Eyni zamanda, Vaşinqtonda ağır siyasi məğlubiyyətin Trampa qəbul etdirildiyi vurğulanıb.
İranlı rəsmi əlavə edib ki, ABŞ vətəndaşları və rəhbərliyi həmin müharibə təşəbbüslərinin böyük xərclərini öz üzərinə götürməli olublar. Onun fikrincə, İran İslam Respublikası ilə qarşıdurmaya cəhd edən hər bir tərəf bunun ağır nəticələri ilə qarşılaşacaq.




