
Müğənni Elvin Abdullayevin paytaxtdakı Hellouin ab-havasına sərt reaksiyası
Müğənni Elvin Abdullayev paytaxtda Hellouin bayramı ilə əlaqədar müxtəlif obrazlara bürünən gənclərin görüntülərinə sərt reaksiya verib.
AzadAzərbaycan xəbər verir ki, məşhur müğənni Elvin Abdullayev son günlər paytaxt küçələrini gəzərək şəhər sakinlərinin həyat tərzini izləyib.
Sənətçinin şəhər gəzintisi zamanı çəkilən kadrları onun bloger həyat yoldaşı Afət Abdullayeva tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.
Gənclərin Hellouin bayramı münasibətilə müxtəlif qeyri-adi obrazlara girməsini müşahidə edən ifaçı gördüyü mənzərə qarşısında təəccübünü gizlətməyib.
Gördüklərinə açıq şəkildə etiraz edən Elvin Abdullayev həmin anlarda: "Bu nə yaşayışdır? Heç Novruz bayramına belə hazırlaşmırlar. Biabırçılıqdır" sözlərini dilə gətirib.




