
Oman sahillərində hərəkət edən gəmiyə raket zərbəsi endirilib
Redaksiya1 dəq oxu
Oman sahilləri yaxınlığında gəmi naməlum mərmi ilə hədəfə alınıb. Hadisə nəticəsində gəminin göyərtəsi zədələnsə də, heyət üzvləri xilas olub.
Oman sahillərinin yaxınlığında gəmi naməlum mərmi ilə vurulub. Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.
Qurumdan bildirilib ki, insident Lima yaşayış məntəqəsindən 9 mil şimal-şərqdə qeydə alınıb. Gəmi kapitanının verdiyi məlumata əsasən, zərbə nəticəsində göyərtənin sağ hissəsində dəlik əmələ gəlib.
Hazırda gəminin vəziyyətinin nəzarətdə olduğu və ekipaj üzvlərinin tam təhlükəsizlikdə olduğu qeyd edilir.




