
Parlamentdə 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirələri başlayır
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə start verilir.
AzadAzərbaycan xəbər verir ki, gələn ilin əsas maliyyə sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də təşkil olunacaq iclasında dəyərləndiriləcək.
Toplantıda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Bununla yanaşı, Milli Məclisin digər aidiyyəti komitələrinin iclaslarında da hökumət nümayəndələrinin qatılacağı gözlənilir.
Xatırladaq ki, qarşıdakı il üçün dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.




