
Putin Qana vətəndaşlarının Ukraynadakı müharibədə iştirakını qadağan edəcək
Rusiya prezidenti Vladimir Putin Qana vətəndaşlarının Ukraynaya qarşı döyüşlərdə iştirakına qadağa qoyulacağını vəd edib.
Rusiya prezidenti Vladimir Putin Qana vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qadağa qoyulacağını vəd edib. AzadAzərbaycan xəbər verir ki, bu barədə Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva məlumat verib.
Onun sözlərinə görə, bu vəd Rusiya-Afrika üçüncü sammitinin yekunlarına əsasən Kremldə Qana prezidenti Con Drumani Mahama ilə keçirilən görüşdə verilib. Qadağanın həm qeyri-qanuni işə götürmə hallarına, həm də şəxsi təşəbbüսlə iştirama şamil ediləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl BMT-nin müvafiq komissiyası Rusiyanı cəbhəyə hiylə yolu ilə cəlb edilən xarici muzdlulara görə insan alverində ittiham etmişdi. Afrika ölkələrinin hakimiyyəti Ukraynada döyüşən vətəndaşlarını məhz insan alverinin qurbanı hesab edirlər.
Ukrayna tərəfinin açıqladığı son rəqəmlərə əsasən, Rusiya müxtəlif ölkələrdən minlərlə əcnəbi vətəndaşı münaqişə zonasına cəlb edib. Onların arasında həlak olanlar və əsir düşənlər də az deyil.




