
Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Redaksiya1 dəq oxu
Qazaxıstanın Atırau şəhərində konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib.
AzadAzərbaycan xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində dövlət çevrilişi törətməyə cəhd edən şəxslərin planları iflasa uğradılıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumata əsasən, qruplaşma ölkənin qərb bölgəsində konstitusiya quruluşunu güc yolu ilə dəyişdirməyi hədəfləyibmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 nəfər saxlanılıb. Şübhəlilərin yaşadıqları ünvanlardan odlu silahlar, narkotik vasitələr, eləcə də müxtəlif dini ədəbiyyat və ləvazimatlar aşkar edilərək götirilib.




