
Rusiya qüvvələri Ukraynada atom elektrik stansiyasını hədəfə alıb
Rusiya ordusu Xmelnitski AES-in yarımstansiyasına PUA zərbələri endirib. Kiyev bu addımı Avropanın nüvə təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Rusiya hərbçiləri Xmelnitski Atom Elektrik Stansiyasının ərazisində yerləşən yarımstansiyaya üç pilotsuz uçuş aparatı vasitəsilə hücum təşkil ediblər.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini və energetika naziri Denis Şmıqal sosial şəbəkə hesabında açıqlama yayıb.
O qeyd edib ki, bu cür təhlükəli addımlar təkcə Ukraynanın deyil, bütün Avropa qitəsinin nüvə təhlükəsizliyinə ciddi təhlükə yaradır və vəziyyətin gərginləşməsinə xidmət edir.
Nazir həmçinin baş verən hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verildiyini vurğulayıb.
Bundan əlavə, Şmıqal G7 ölkələrinin və Avropa Birliyinin diplomatik nümayəndələri ilə görüşərək ölkəyə qarşı edilən kütləvi hücumların fəsadları barədə onları məlumatlandırıb.




