
Sumqayıtda minik avtomobili qaz xəttinə çırpılaraq qəza törədib
Redaksiya1 dəq oxu
Sumqayıt şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində minik avtomobili qaz xəttinə çırpılıb, daha sonra səkiyə çıxıb.
Sumqayıtda qəza hadisəsi qeydə alınıb. Azərbaycan prospektində hərəkətdə olan KİA markalı avtomobil qəfil qaz xəttinə çırpılıb.
İlkin məlumatlara əsasən, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında idarəetməni itirib. Zərbənin təsirindən avtomobil yol kənarındakı qaz xəttinə dəydikdən sonra səkiyə çıxıb.
Hadisə nəticəsində həm qaz təsərrüfatı xəttinə, həm də minik maşınına ciddi ziyan dəyib.
Faktla əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.




