
Suriyanın Homs şəhərində neft emalı zavoduna təşkil olunan terror planı pozuldu
Suriya təhlükəsizlik qüvvələrinin Homs şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb.
AzadAzərbaycan xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ölkədə mühüm terror aktının qarşısının alındığını açıqlayıb.
Məlumata əsasən, Homs şəhərində yerləşən neft emalı zavoduna hücum etməyə hazırlaşan şəxslər keçirilən əməliyyat nəticəsində ələ keçirilib.
Saxlanılan şəxslərdən intihar jiletləri, müxtəlif partlayıcı qurğular, texniki vasitələr və zavodun ərazi xəritələri müsadirə olunub.
Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı zamanı hər hansı itki qeydə alınmayıb və ölkə üzrə enerji obyektlərində mühafizə tədbirləri artırılıb.




