
Tanınmış aparıcı Elgiz Əkbər ona ünvanlanan suala sərt reaksiya verib
Redaksiya1 dəq oxu
Aparıcı Elgiz Əkbər efirdən kənarda makiyaj etməsi ilə bağlı ünvanlanan suallardan narazılığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, məşhur aparıcı Elgiz Əkbər izləyicilərdən birinin ünvanladığı suala sərt şəkildə reaksiya verib.
O, veriliş zamanı tamaşaçılardan birinin dəfələrlə üzünə pudra çəkib-çəkməməsi ilə maraqlanmasından narahatlığını gizlətməyib.
Elgiz qeyd edib ki, efir məkanından kənarda da həmin görünüşdə olması ilə bağlı sualların dayanmadan verilməsi onu artıq yorub.
Aparıcının bu sərt cavabı studiyadakı digər şəxslər tərəfindən də müzakirə mövzusuna çevrilib.




