
Tanınmış türk fenomeni Yasin Cəngiz xəstəxanada əlil arabasında göründü
Sosial şəbəkələrdə populyarlıq qazanan məşhur türk fenomen Yasin Cəngiz xəstəxanada əlil arabasında lentə alınıb.
Sosial mediada yayığılan rəqsləri ilə böyük şöhrət qazanan Yasin Cəngiz bu dəfə səhiyyə müəssisəsindən yayılan kadrları ilə diqqət mərkəzinə düşüb.
İnternetdə paylaşılan videolarda tanınmış simanın əlil arabasında tibb müəssisəsinə aparıldığı əks olunub. İddialara görə, onun artıq çəki səbəbindən gündəlik hərəkətlərdə çətinlik çəkdiyi bildirilir.
Bununla belə, Yasin Cəngizin dəqiq olaraq hansı səbəbdən xəstəxanaya müraciət etdiyi və səhhətinin son durumu haqqında hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, həmin şəxs məşhur musiqi sədaları altında ifa etdiyi özünəməxsus göbək rəqsi vasitəsilə qlobal miqyasda tanınmağa nail olub.




