
Tovuzda Türkiyədən qanunsuz gətirilən tibbi ləvazimatlar tutuldu
Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkəyə bəyan edilmədən gətirilməyə cəhət göstərilən xeyli sayda tibbi mal müsadirə olunub.
AzadAzərbaycan xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikasından ölkəmizə gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomaşının qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.




