
Türkiyədə qanlı olay: Avtomobillərdə doqquz nəfərin meyiti tapıldı
Redaksiya1 dəq oxu
Türkiyənin Afyonkarahisar vilayətində avtomobillərdə güllələnmiş halda doqquz nəfərin meyiti aşkarlanıb.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin Afyonkarahisar bölgəsində müxtəlif nöqtələrdə park edilmiş avtomobillərin içərisindən doqquz nəfərin güllə izləri olan cansız bədəni tapılıb.
Hadisə nəticəsində daha bir şəxsin isə ağır yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilir.
İlkin ehtimallara görə, ağır cinayəti təkbaşına törədən şübhəli şəxs hadisə yerindən yük maşını ilə qaçaraq uzaqlaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları, o cümlədən jandarma əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma və əməliyyat tədbirlərinə başlanılıb.




