
Yaponiya hökumətindən əhaliyə təbii fəlakətlərlə bağlı mühüm xəbərdarlıq
Yaponiya rəsmiləri ölkə vətəndaşlarına müraciət edərək olası zəlzələ və vulkan püskürmələrinə qarşı zəruri ərzaq və su ehtiyatı toplamağı tövsiyə edib.
Yaponiya hökuməti olası güclü zəlzələlər və vulkan püskürmələri kimi təbii fəlakətlərə qarşı hazırlıq işlərini genişləndirir. Rəsmi qurumlar vətəndaşlara mənzillərində içməli su, qida və digər zəruri vasitələrin ehtiyatını yaradılması ilə bağlı çağırış edib.
AzadAzərbaycan xəbər verir ki, Yaponiyanın Fəlakətlərin İdarə Edilməsi naziri Qoşi Hosono əhalinin minimum üçgünlük, imkan daxilində isə birhəftəlik ərzaq, su və tualet ləvazimatı stoku formalaşdırmasının vacibliyini vurğulayıb.
Nazir televiziya kanallarından birindəki çıxışında qeyd edib ki, iri miqyaslı fəlakətlərdən dərhal sonra dövlət köməyinin hər bir nöqtəyə çatdırılması çətinləşə bilər. Bu səbəbdən ailələrin ilkin günlərdə öz ehtiyaclarını müstəqil şəkildə təmin etməyə hazır olmaları böyük əhəmiyyət kəsb edir.
Qoşi Hosono ölkə üçün əsas risklər sırasına Nankai çökəkliyində gözlənilən güclü seysmik aktivliyi, Tokio və ətraf bölgələrə təsir edə biləcək zəlzələni, Kuril və Yaponiya dənizi çökəkliklərindəki təhlükələri, eləcə də Fuji dağının ehtimal olunan püskürməsini daxil edib.
Bildirilir ki, verilən bu tövsiyələr konkret bir fəlakətin dərhal baş verəcəyi mənasına gəlmir. Məqsəd ölkə əhalisinin uzunmüddətli təbii risklərə qarşı hazır olmasını təmin etməkdir.




