
Ukrayna Leonid Yakuboviçi "qara siyahı"ya salıb
Redaksiya1 dəq oxu
Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviçin adı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına daxil edilib.
AzadAzərbaycan xəbər verir ki, Rusiyanın tanınmış teleaparıcısı Leonid Yakuboviçin adı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaratdığı müvafiq baza siyahısına əlavə olunub.
Buna əsas səbəb kimi şoumen və teleaparıcının Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasi xətti açıq şəkildə dəstəkləməsi göstərilir.
Bildirilir ki, Yakuboviç qondarma "dxr" və "lxr"in müstəqilliyinin tanınmasını müdafiə edib. O, həmçinin prezident seçkilərində dəfələlələ Vladimir Putinin etibarlı nümayəndəsi kimi çıxış edərək Krıma səfərlər reallaşdırıb.




