
Ukrayna ordusu Rusiyanın iri neft emalı zavoduna zərbə endirib
Redaksiya1 dəq oxu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijeqorod vilayətində yerləşən strateji neft emalı müəssisəsinə hücum təşkil edib.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijeqorod vilayətinin Kstovo şəhərində yerləşən "Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavodunu hədəf alıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hücum nəticəsində müəssisənin ərazisində güclü partlayışlar baş verib və nəticədə yanğın qeydə alınıb.
Hədəf alınan bu müəssisə Rusiyanın ən iri neft emalı obyektlərindən biri hesab olunur. Zavodun illik neft emalı gücü təxminən 17 milyon tona çatır.




