
Ukraynada sülh sazişinin əldə olunmasını şərtləndirən beş əsas amil açıqlanıb
Ukraynada hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının baş tutması beş mühüm məsələnin həllindən asılıdır.
Ukraynada müharibənin dayandırılması istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoya bilər. Belə ki, Kiyev və Moskvanın noyabrın 10-da Abu Dabidə ABŞ-ın iştirakı ilə üçtərəfli görüşə hazırlaşdığı bildiriir.
Lakin tərəflər arasında real razılaşmanın əldə olunması beş əsas məsələdən asılıdır. Bunlara təhlükəsizlik zəmanətləri, ərazi məsələləri, Avropanın mövqeyi və Vaşinqtonun prosesə yanaşması daxildir.
Atəşkəs istiqamətində ilk addımlar olaraq məhbus mübadiləsi, enerji infrastrukturuna zərbələrin dayandırılması və Qara dənizdə sakitliyin yaradılması müzakirə oluna bilər. Həmçinin Kiyevə ABŞ və Avropa müttəfiqlərindən etibarlı təhlükəsizlik təminatlarının verilməsi vacib şərtlərdəndir.
Bununla yanaşı, ərazi güzəştləri və Donbassda bufer zonasının yaradılması kimi məsələlər ölkə liderləri tərəfindən birbaşa müzakirə olunmalıdır. Avropa ölkələri isə Kiyevə maliyyə və hərbi dəstək verməyə davam edərək gələcək sülhməramlı missiyalarda əsas rol oynaya bilərlər.




