
Ukraynanın taleyi ölkənin iştirakı olmadan müzakirə edilə bilməz
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin taleyi onun iştirakı olmadan həll edilə bilməz və belə danışıqlar nəticəsizdir.
Ukraynanın taleyini onun birbaşa iştirakı olmadan həll etmək qeyri-mümkündür. Çünki bu cür təşəbbüslər əvvəlcədən uğursuzluğa məhkumdur və heç bir real nəticə vermir.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "CNN Türk"ə müsahibəsində danışıb. O qeyd edib ki, dövlətin suverenliyi və ərazi bütövlüyü məsələləri onun özünün iştirakı olmadan müzakirə oluna bilməz.
Zelenski vurğulayıb ki, bənzər addımlar keçmişdə də başqa liderlər tərəfindən atılıb, lakin heç bir fayda verməyib. Ölkənin taleyi ilə bağlı kənar müzakirələr ədalətsizlikdir və məntiqə sığmır.
Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəlcədən Ukraynanı qısa müddətdə ələ keçirəcəyini planlaşdırmışdı. Lakin uzun illər keçməsinə baxmayaraq, qarşı tərəf öz ilkin hərbi məqsədlərinə çata bilməyib.




