
Xalq yazıçısı Çingiz Abdullayevdən Nailə İslamzadə ilə bağlı etiraf
Redaksiya1 dəq oxu
Xalq yazıçısı Çingiz Abdullayev efirdə Əməkdar artist Nailə İslamzadəyə olan sevgisindən və 40 il əvvəlki xatirələrdən danışıb.
AzadAzərbaycan xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Əməkdar artist Nailə İslamzadə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, bu barədə televiziya verilişlərinin birində qonaq olarkən danışıb və tanınmış aparıcıya olan heyranlığını gizlətməyib.
Yazıçı bildirib ki, Nailə İslamzadə illər keçməsinə baxmayaraq öz gözəlliyini qoruyub saxlayıb: Mən sizə bir sirr açım. 40 il öncə Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb.




