
Azərbaycanın gübrə ixracından əldə etdiyi gəlirlər azalıb
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin 9 ayında Azərbaycanın gübrə ixracından qazancı 3,8 faiz geriləyib.
Azərbaycanın cari ilin yanvar-sentyabr ayları ərzində xarici ölkələrdən aldığı gübrənin ümumi dəyəri 71,018 milyon ABŞ dollarına çatıb. Dövlət Gömrük Komitəsindən verilən göstəricilərə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
Hesabat dövründə ölkədən həyata keçirilən gübrə ixracının həcmi isə 127,558 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin analoji dövrünün göstəricisindən 3,8 faiz azdır. İlin ilk 9 ayında gübrə idxalı üzrə xərclər ümumi idxalın 0,53 faizini, ixracdan əldə olunan gəlirlər isə ümumi ixracın 0,53 faizini təşkil edib.
Qeyd edək ki, sözügedən 9 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 37 milyard 211 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 5,2 faizlik artım deməkdir. Ümumi ticarət əməliyyatlarının 23 milyard 865 milyon dollarını ixrac, 13 milyard 346 milyon dollarını isə idxal təşkil edib. Son bir ildə ölkənin ixracı 28,3 faiz yüksəldiyi halda, idxal göstəriciləri 20,4 faiz aşağı düşüb.




